"data_science_tutorials_projects" repositoriyasında Verilənlər Elmi, Maşın öyrənməsi sahələrində məqalələr və layihələr yer alıb.
Mövcud faylların və qovluqların açığlaması aşağıdaki kimidir:
Əsas qovluq:
- Bina_az_tutorial - Azərbaycanın ən geniş, daşınmaz əmlak saytından 10 000 elanın Python programlaşdırma dili vasitəsi ilə götürülməsi, Pandas, Numpy və sair modul vasitəsi ilə məlumatın təmizlənməsi və vizual əks olunması proyekti.
- DataScience_Tutorials - Verilənlər Elmi sahəsində məqalələr.
- ML_Tutorials - Maşın öyrənməsi sahəsində məqalələr.
- SSRS Tutorials - SQL Server Reporting Services ilə dərs-məqalələr.
Lahiyədə iştirak edib tövhə vermək istəyirsən? Əla! Bunun üçün Fork edib lahiyəni öz hesabınıza keçirib tövhələrinizi əlavə edib Pull sorğuların edə bilərsiniz.
Əlavələr:
- Müəllif istənilən həcmdə tövhəni dəyərləndirir.
- Təklif və iradları səhifə sonunda qeyd olumuş elektron ünvana və ya Issues -ə əlavə ilə qeyd edə bilərsiniz.
Lahiyə MIT lisenziyası ilə yayımlanır.
Bu deməkdir ki:
- Kommersiya məqsədi ilə istifadə etmək icazəniz var
- Dəyişmək icazəniz var
- Yenidən bölüşmək icazəniz var
- Şəxsi məqsədlərdə istifadəyə icazəniz var
- Müəllif heç bir zəmanət vermir
- Müəllif heç bir məhsuliyyət daşımır
- İstifadə olunan zaman istifadə olunan lisenziya və müəllif hüquqları qeyd olunmalıdır!
Müəllif ilə əlaqə [email protected] elektron ünvan üzərindən aparıla bilər. Əlavə olaraq sosial şəbəkə və digər saytlara linklər əlavə olunur.